Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkilin xüsusi geyim formasının (vəkil mantiyası) tarixi

13 oktyabr 2018    12514 share share

Ədalət mühakiməsi sisteminin təməli olan hakim, prokuror və vəkillər məhkəmə proseslərində xüsusi geyim formasında (mantiyada) iştirak edirlər və bu üç mantiya bir-birindən fərqlənir. Geyindikləri qara mantiyalar adi geyim forması deyil, vicdanın və tərəfsizliyin simvoludur. Hakimin müstəqil olmasının göstəricisi kimi heç kimin qarşısında yaxasını bağlamaması üçün mantiyasının düymələri olmur. Eyni zamanda, hakimlik ictimai peşə olduğu üçün mantiyanın cibi yoxdur.

Vəkil mantiyasının tarixinə baxıldığı zaman bir çox mərhələlər olduğunu görə bilərik. Mantiyanın ilk olaraq Romada qarşımıza çıxmasının səbəbi, o dövrdə vəkillərin şəhərləri gəzərək haqqını tələb edən insanlara köməklik etmək və yuxarı sinfin diqqətini çəkərək, daha asan ayırd edilə bilmələri üçün qara mantiya geyinmələri zəruri olmuşdur.

Orta əsrlərdə Almaniyada günümüzdə ən etibarlı peşələrdən olan vəkilliyə baxış fərqli idi. Nüfuzu olmayan, hüquq təhsili almayan vəkillər oxuyub-yazmağı bacara bilməyən insanlara məhkəmə çəkişmələrində və idarələrdə ödənişli əsaslarla hüquqi xidmətlər göstərirdilər. 1726-cı ildə vəkillərə mantiya geyinməyi məcbur edən qərarnamə qəbul edilmişdir. Həmin qərarnamədə deyilirdi: “Vəkillər dizlərini örtən uzunluqda qara mantiya geyinməlidirlər. Beləliklə bu işbazlar uzaqdan tanınacaq və onlardan qorunmaq mümkün olacaq”. Bu qərarnamədən də görünür ki, o dövrdə vəkillər qaranlıq zümrə olaraq qəbul edilirdilər.

Avropanın digər ölkələrinə nəzər yetirsək, Fransa və İngiltərədə 1574-1715-ci illərdə vəkillər birlik formasında təşkilatlanmışdılar və ictimai cəngavərlər kimi qəbul edilirdilər. İmtiyazlı qurumlar olan bu birliklərə qəbul olmadan peşə fəaliyyətini həyata keçirmək qadağan idi. Peşəyə qəbul andı, birliyə təqdim olunma ritualları, parik taxmaq, mantiya kimi simvollar bu dövrlərdə birliklərin imtiyazları olaraq meydana gəlmişdir.

İnkişaf edən dövlətlərdə hüquq sisteminin formalaşması, peşə azadlığı və universitetlərdə təhsil səviyyəsinin yüksəlməsi nəticəsində vəkillik günümüzdəki kimi nüfuzlu peşəyə çevrilmiş və vəkil mantiyasına olan hörmət artmışdır.

Vəkil mantiyasının rənglərinə nəzər yetirsək, mantiyada olan yaşıl hissə mülki işləri, qırmızı hissə isə cinayət işlərini təmsil edir. Hakimlər və prokurorlar isə cinayət işləri üzrə məhkəmələrdə qırmızı, mülki işlər üzrə məhkəmələrdə və digər qurumlarda yaşıl, inzibati işlərdə isə boz rəngli astarı olan qara mantiya geyinirlər. Vəkil mantiyasının qara olmasının səbəbi, qara rənginin içində heç bir rəngin olmaması və yüz illərdir inkişaf etmiş düşüncədə ədaləti təmsil etməsidir. Bu səbəbdən vəkil mantiyasında qara rəngin üstünlüyünü və sıxlığını rahatlıqla görə bilərik. Türkiyədə və dünyada bir növ mantiyanın zəruri olmasının əsas səbəbi, mühakimənin müstəqil və ədalətli aparıldığını əyani şəkildə də göstərməkdir.

Bu mövzuyla bağlı vəkil Adil Çelik yazılarında bildirmişdir: “Vəkillikdə xüsusi geyim formasından istifadə olunan ölkələrdə əsas rəng qaradır. Qara rəngin istifadə olunmasının səbəbi bu rəngin gücü və hakimiyyəti təmsil etməsidir. Bir çox ölkələrdə xüsusi geyim sadəcə qara rənglidir. Bundan başqa, orta əsrlərdə uzun illər məhkəmələrdə müdafiə vəzifəsini din xadimlərinin həyata keçirməsi və onların da geyimlərinin qara uzun olmasına görə vəkillər geyimlərində əsas rəng olaraq qara rəngdən istifadə etmişlər”.

İstinad: https://www.lawtudent.com/kategori-disi/avukatlik-cubbesinin-tarihi/