Cari il mart ayının
15-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə həyata keçirilən
“Vəkildən gənc hüquqşünasa” layihəsi üzrə "Korporativ hüququn əsasları"
mövzusunda təlim təşkil edilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev
iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb. Eyni
zamanda “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalının elmi əhəmiyyəti
iştirakçıların diqqətinə çatdırılıb, gənc hüquqşünaslar jurnalda məqalələrlə
çıxış etməyə dəvət edilib.
Təlimin əsas hissəsində
Vəkillər Kollegiyasının üzvü, “CSS Konsaltinq” şirkətinin rəhbəri Nuridə
İbrahimova və Vəkillər Kollegiyasının üzvü, “General Supply” QSC-nin baş
hüquqşünası Səkinə Əliyeva korporativ hüquq elminin mahiyyəti, korporativ
hüququn sahə mənsubiyyəti, korporativ idarəetmənin əsasları, o cümlədən digər əlaqəli
praktiki məsələlər barədə çıxış edib.
Sonda müvafiq mövzu üzrə
gənc hüquqşünasları maraqlandıran suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, təlimdə
37 gənc hüquqşünas iştirak edib.