Cari il mart ayının 15-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "Vəkilin peşə fəaliyyətini həyata keçirərkən qarşılaşdığı etik çətinliklər və onların aradan qaldırılması yolları" mövzusunda distant qaydada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən Vəkillər Kollegiyası Akademiyasının hüquqşünas-məsləhətçisi Sona Xəlilli
iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb və təlim mövzusunun
aktuallığını qeyd edib.
Təlimin əsas hissəsində
Vəkillər Kollegiyası Vəkillərin İntizam Komissiyasının üzvü, Deontologiya Komitəsinin
sədri Paşa Səfərov və Vəkillər
Kollegiyası Deontologiya Komitəsinin üzvü Araz Nurməmmədov vəkil təcrübəsində
etik dilemmalar, ümumi etik problemlər, mövcud məsələnin cəmiyyətə təsiri və
digər müxtəlif məsələlər ilə bağlı geniş müzakirələr aparıb.
Sonda vəkilləri
maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Qeyd edək ki, təlimdə 38 vəkil iştirak edib.