Aprel ayının 10-da Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "Vəkilin internetə çıxışı və özünü ifadə etməsi" mövzusunda distant qaydada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən Vəkillər Kollegiyası Akademiyasının rektoru, professor Əmir Əliyev
iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və təlim
mövzusunun aktuallığını qeyd edib.
Təlimin əsas hissəsində
Vəkillər Kollegiyası Vəkillərin İntizam Komissiyasının üzvü, Deontologiya Komitəsinin
sədri Paşa Səfərov və həmin Komitənin üzvü Araz Nurməmmədov vəkilin internet
resurslarına çıxışı və özünü ifadə etməsi, peşəkar davranış qaydaları, sosial
media fəaliyyəti üçün üstün təcrübələr, o cümlədən mövcud beynəlxalq təcrübə
barədə müzakirələr aparıb.
Təlimçilər tərəfindən
müvafiq sahədə geniş təhlillər aparılıb və vəkilləri maraqlandıran suallar
cavablandırılıb.
Qeyd edək ki, təlimdə 40 vəkil iştirak edib.