Cari il aprelin 12-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "Tikinti müqavilələri üzrə mübahisələrin həlli" mövzusunda hibrid formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Sona Xəlilli
iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb və təlim mövzusunun
aktuallığı, praktiki əhəmiyyəti ilə bağlı məqamlara toxunub.
Təlimin əsas hissəsində
Vəkillər Kollegiyasının üzvü Elcan Həsənli tikinti sahəsində yarana bilən
hüquqi problemlər, podrat müqaviləsi mübahisələri, o cümlədən
podratçı-sifarişçi münasibətləri, mübahisələrin həlli yolları və digər əlaqəli
məsələlər barədə ətraflı çıxış edib.
Təlimçi tərəfindən
müvafiq sahədə geniş təhlillər aparılıb və mövcud məhkəmə praktikasındakı işlər
müzakirə edilib.
Sonda vəkillərin
müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 57 üzvü iştirak edib.