Cari il aprel ayının 19-da Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "Vəkilin sosial şəbəkədə fəaliyyətini təbliğ etməsi" mövzusunda distant formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Sona Xəlilli
iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb və təlim mövzusunun
aktuallığını qeyd edib.
Təlimin əsas hissəsində
Vəkillərin İntizam Komissiyasının və Vəkillər Kollegiyası Deontologiya Komitəsinin
üzvü Elvin Əliyev vəkilin sosial mediada davranışı, sosial mediada vəkilin peşəkar
imici, etik davranış qaydaları, vəkilin sosial mediada nüfuz yaratması yolları
və digər əlaqəli məsələlər barədə ətraflı çıxış edib.
Həmçinin təlimdə
iştirak edən Vəkillər Kollegiyası Vəkillərin İntizam Komissiyasının üzvü,
Deontologiya Komitəsinin sədri Paşa Səfərov
mövzu üzrə təcrübəsini vəkillərlə bölüşüb.
Sonda vəkillərin
müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə 29 vəkil iştirak edib.