Aprelin 22-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "Hakim və vəkil münasibətlərində etik çərçivələr" mövzusunda distant formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Sona Xəlilli
iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb və təlim mövzusunun
praktiki əhəmiyyəti ilə bağlı məqamları qeyd edib.
Təlimin əsas hissəsində
Vəkillər Kollegiyası Vəkillərin İntizam Komissiyasının üzvü, Deontologiya Komitəsinin
sədri Paşa Səfərov hakim - vəkil münasibətləri, hüquqi etika, məhkəmə davranış
kodeksi, hüquq sahəsində etik çərçivə, müəyyən edilmiş etik normalar və digər
müxtəlif məsələlər barədə geniş çıxış edib.
Daha sonra vəkillər
mövzu üzrə öz təcrübələrinə əsaslanaraq fikirlərini bölüşüblər.
Yekunda vəkillərin
müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə vəkillər və Deontologiya Komitəsi ilə əməkdaşlıq edən könüllülər də daxil olmaqla, 48 nəfər iştirak edib.