Aprelin 23-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "Vəkilin peşəkar nüfuzunu qorumaq öhdəliyi" mövzusunda distant formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının
elmi katibi Sona Xəlilli iştirakçıları Kollegiyanın rəhbərliyi adından
salamlayıb və təlim mövzusunun vəkillərin fəaliyyətindəki əhəmiyyətindən
danışıb.
Təlimin əsas hissəsində Vəkillərin İntizam Komissiyasının və Vəkillər
Kollegiyası Deontologiya Komitəsinin üzvü Elvin Əliyev peşəkar etik davranış, vəkilin
etik öhdəlikləri, sosial məsuliyyət və digər müxtəlif məsələlər barədə çıxış
edib.
Həmçinin təlimdə iştirak edən Vəkillər Kollegiyası Vəkillərin İntizam
Komissiyasının üzvü, Deontologiya Komitəsinin sədri Paşa Səfərov təlim
mövzusuna dair təcrübəsini vəkillərlə paylaşıb.
Yekunda vəkillərin çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə vəkillər və Deontologiya Komitəsi ilə əməkdaşlıq edən könüllülər də daxil olmaqla, 44 nəfər iştirak edib.