Aprelin 25-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "Vəkilin fəaliyyətində deontoloji məsələlər" mövzusunda distant formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının
elmi katibi Sona Xəlilli iştirakçıları Kollegiyanın rəhbərliyi adından
salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məqamlara toxunub.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının və Deontologiya Komitəsinin
üzvü Araz Nurməmmədov vəkil etikası, vəkillərin nizam-intizam məsələləri, vəkilin
etik öhdəlikləri və digər məsələlər barədə çıxış edib.
Eyni zamanda təlimçi tərəfindən müvafiq mövzuda müxtəlif geniş təhlillər
aparılıb.
Qeyd edək ki, təlimdə 45 vəkil iştirak edib.