Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə "Vəkilin sosial şəbəkələrdə davranışı" mövzusunda təlim təşkil edilib

29 aprel 2025    316 share share

Aprelin 26-da Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "Vəkilin sosial şəbəkələrdə davranışı" mövzusunda distant formada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının elmi katibi Sona Xəlilli iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb və təlim mövzusunun praktiki əhəmiyyəti ilə bağlı məqamları qeyd edib.

Təlimin I hissəsində Vəkillər Kollegiyasının və Deontologiya Komitəsinin üzvü Vüsal Cəfərov sosial şəbəkədə vəkil kimliyi, vəkilin sosial şəbəkə paylaşımında əsas elementlər, vəkilin öz fəaliyyətini təbliğ etməsində sosial şəbəkələrin rolu, xarici ölkələrin təcrübəsində vəkilin məsuliyyəti və digər məsələlər üzrə geniş müzakirələr aparıb.

Təlimin II hissəsində isə Vəkillər Kollegiyası Vəkillərin İntizam Komissiyasının üzvü, Deontologiya Komitəsinin sədri Paşa Səfərov deontoloji norma və sosial şəbəkə, vəkilin ictimai imici və digər əlaqəli mövzular barədə ətraflı çıxış edib. Həmçinin təlimçi mövzu üzrə təcrübəsini vəkillərlə bölüşüb.

Sonda vəkilləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, təlimdə 46 vəkil iştirak edib.