Mayın 3-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "İcra icraatında icra hərəkətləri, məcburi icra tədbirləri və məsuliyyət" mövzusunda hibrid formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının
elmi katibi Sona Xəlilli iştirakçıları Kollegiyanın rəhbərliyi adından salamlayıb
və təlim mövzusunun vəkillərin fəaliyyətində praktiki əhəmiyyətini qeyd edib.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyası Vəkillərin İntizam
Komissiyasının üzvü, Vəkillərin İcra hüququ komitəsinin sədri Elşən Səfərov
icra icraatının məqsəd və prinsipləri, icra hərəkətlərinin hüquqi nəticələri,
normativ-hüquqi baza, həmçinin mövzu üzrə məhkəmə təcrübəsi və digər əlaqəli məsələlər
barədə ətraflı çıxış edib.
Təlim interaktiv formada davam edib və sonda vəkillərin müvafiq sahədə
çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə ümumilikdə Vəkillər Kollegiyasının 92 üzvü iştirak edib.