Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının üzvləri üçün növbəti ixtisasartırma təlimləri keçirilib

12 may 2025    551 share share

05 may və 07 may 2025-ci il tarixlərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə əməkdaşlığı ilə vəkillərə “Vəkillərin hüquqi yazı bacarıqlarının artırılması məqsədilə istifadə edəcəyi taktikalar və hüquqi yazı texnikası” mövzusunda ixtisasartırma təlimi keçirilib.

Distant qaydada keçirilən təlimlərdə Vəkillər Kollegiyasının üzvü Zaur Nağıyev təlimçi kimi çıxış edib.

Təlimdə hüquqi yazı prosesi və strukturu, hüquqi rəyin hazırlanması zamanı istifadə edilən mexanizmlər, tərtib olunan hüquqi yazının IRAC və CRAC metodları ilə əsaslandırılması, məhkəmə və digər dövlət qurumlarına ünvanlanmış hüquqi sənədlərin hazırlanması taktikası, hüquqi yazı texnikası və digər məsələlər barədə geniş müzakirələr aparılıb və təqdimatlar nümayiş edilib.

Sonda təlimçi iştirakçıların suallarını dinləyib və müvafiq fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, təlimdə 37 vəkil iştirak edib.