"Konstitusiya və Suverenlik İli" çərçivəsində, həmçinin Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, penitensiar müəssisələrdə məhkum və həbs edilmiş şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində pulsuz hüquqi yardımın və maarifləndirmə işinin təşkili üzrə aksiyalar ardıcıl şəkildə həyata keçirilir.
Bu istiqamətdə növbəti tədbir mayın 15-də baş tutub. Aksiya çərçivəsində
azadlıqdan məhrum edilmiş şəxslərə hüquqi yardım göstərilməsi məqsədilə vəkillər
tərəfindən müxtəlif cəzaçəkmə müəssisələrinə başçəkmələr təşkil olunub.
Belə ki, “Presedent” Vəkil Bürosunun vəkilləri Ədliyyə Nazirliyinin Penitensiar
Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində, Bakı şəhəri 17 saylı Vəkil
Bürosunun vəkilləri isə 6 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkən şəxslərlə
görüşlər keçirib, onlara fərdi qaydada pulsuz hüquqi yardım göstəriblər.
Görüşlər zamanı 50-yə yaxın məhkuma hüquq və azadlıqlarına dair müxtəlif hüquqi məsələlər ətrafında geniş izahatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.