Mayın 31-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “İqtisadi sferada cinayətlər” mövzusunda distant formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Akademiyasının
rektoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun
adından salamlayıb və təlim mövzusunun aktuallığını qeyd edib.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, Bakı Dövlət
Universiteti Hüquq fakültəsinin dosenti, hüquq üzrə fəlsəfə doktoru Həbib Cəfərov
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində iqtisadi cinayətlərin təsnifatı,
mövcud sahədə hüquqi məsuliyyət, o cümlədən xarici ölkələrin praktikası və digər
əlaqəli məsələlər barədə ətraflı çıxış edib.
Təlim interaktiv formada davam edib və sonda vəkillərin müvafiq sahədə
müxtəlif sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə 59 vəkil iştirak edib.