Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının birgə əməkdaşlığı ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində vəkillərə növbəti ixtisasartırma təlimləri keçirilib.
İyunun 4-də “Vəkilin intizam məsuliyyətinin əsasları və hüquq mədəniyyəti”
mövzusunda distant qaydada təşkil edimiş təlimdə Vəkillər Kollegiyasının və Vəkillər
Kollegiyası Deontologiya Komitəsinin üzvü Araz Nurməmmədov təlimçi qismində
çıxış edib.
Təlimdə vəkilin intizam məsuliyyətinin anlayışı, hüquq etikasına baxış,
etik standartların önəmi, intizam tədbirləri mexanizmi, vəkillərin müştərilərlə
peşəkar davranışlarının iş üçün əhəmiyyəti, hüquq təcrübəsində mədəni fərqliliklər
və müvafiq olaraq digər məsələlər ətrafında geniş müzakirələr aparılıb və təqdimatlar
edilib.
İyunun 5-də “Qanunun aliliyi və inkluziv cəmiyyət prinsiplərinin təbliği”
mövzusunda distant qaydada keçirilmiş təlimdə isə Vəkillər Kollegiyasının və Vəkillərin
İntizam Komissiyasının üzvü, Vəkillər Kollegiyası Deontologiya Komitəsinin sədri
Paşa Səfərov təlimçi qismində çıxış edib.
Təlimdə qanunun aliliyi, hüququn aliliyinin prinsipləri, hüquqi dövlətin
xüsusiyyətləri və əsas prinsipləri, inkluziv cəmiyyət, inkluziv cəmiyyətdə vəkilliyin
əhəmiyyətli rolu və digər məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Hər iki təlimin sonunda təlimçilər dinləyicilərin sulları üzrə müxtəlif
praktik məsələləri qeyd edib.
Qeyd edək ki, təlimlərdə ümumilikdə 44 vəkil iştirak edib.