Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən 06.07.2025-ci il tarixdə saat 10:00-da VK üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulub.
İmtahanda iştirak etmək niyyətində olan namizədlər tərəfindən sənəd qəbulunun
22.06.2025-cü il tarixədək davam edəcəyi nəzərə alınmalıdır. Həmçinin elektron
qaydada müraciəti təsdiq edilən, ancaq imtahanda iştirak üçün nəzərdə
tutulan ödənişi etməyən şəxslər 22.06.2025-ci il tarixədək “Şəxsi
kabinet” vasitəsilə ödənişi həyata keçirməlidirlər. Əks təqdirdə, test
imtahanında iştirak üçün buraxılış vərəqəsini əldə edə bilməyəcəklər.
Qeyd olunmalıdır ki, keçirilməsi nəzərdə tutulan test imtahanına namizədlər
buraxılış vərəqəsi ilə buraxılacaqlar. Bu səbəbdən namizədlərdən imtahanda
iştirak üçün buraxılış vərəqəsini imtahandan 3 gün əvvəl namizədin
elektron şəxsi kabinetinə və ya dim.gov.az saytına daxil olaraq çap etmələri
xahiş olunur.
Eyni zamanda namizədlərdən müəyyən olunan vaxtdan ən geci 1 saat əvvəl
imtahanın keçiriləcəyi DİM-in Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi 50
ünvanında yerləşən elektron imtahanlar korpusuna şəxsiyyət vəsiqələri və
buraxılış vərəqələri ilə birlikdə yaxınlaşmaları xahiş olunur.
Əlavə olaraq bildirilir ki, hazırda sənəd qəbulu elektron
(https://barassociation.az/candidate-login) qaydada davam edir. Vəkilliyə qəbulla
bağlı elektron qeydiyyatdan keçmiş şəxslər 22.06.2025-ci il tarixədək ödəniş
edə və ya elektron müraciətlərini təxirə sala bilərlər.