Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə “Xarici dövlətlərin məhkəmə qərarlarının tanınması və icrası” mövzusunda təlim keçirilib

17 iyun 2025    445 share share

İyunun 14-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə “Xarici dövlətlərin məhkəmə qərarlarının tanınması və icrası” mövzusunda hibrid formada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və təlim mövzusunun hüquqi əhəmiyyəti barədə bəzi məqamlara toxunub.

Həmçinin “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalının yeni sayı iştirakçılara təqdim olunub, jurnalın elmi-hüquqi əhəmiyyəti onların diqqətinə çatdırılıb.

Təlimin əsas hissəsində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri, hüquq üzrə fəlsəfə doktoru, dosent Əlizadə Məmmədov xarici məhkəmə qərarlarının tanınması, qərarların icrası, beynəlxalq hüquqi əməkdaşlıq, qarşılıqlılıq prinsipi, o cümlədən yerli qanunvericiliyə uyğun tanınma və icra prosesləri barədə ətraflı çıxış edib.

Təlim interaktiv formada davam edib və sonda vəkillərin mövzu üzrə çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, təlimdə 59 vəkil distant, 17 vəkil əyani qaydada olmaqla, ümumilikdə Vəkillər Kollegiyasının 76 üzvü iştirak edib.