“Konstitusiya və Suverenlik İli”, eləcə də Milli Qurtuluş Günü münasibətləri ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) tərəfindən aztəminatlı və həssas əhali qrupları üçün pulsuz hüquqi yardım aksiyaları davam etdirilir.
İyunun 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şağan
Reabilitasiya Pansionatında Vətən müharibəsi qaziləri və ümumi xəstəlik səbəbi
ilə əlilliyi olan şəxslərlə görüş keçirilib, onlar üçün pulsuz hüquqi yardım
aksiyası təşkil edilib.
Aksiya zamanı Kollegiyanın üzvü, VK-nın Ağsaqqallar Şurasının rəhbəri,
respublikanın əməkdar hüquqşünası İkram Kərimov çıxış edərək Vətən müharibəsi
qazilərinə və ümumi xəstəlik səbəbi ilə əlilliyi olan şəxslərə göstərilən diqqət
və qayğını yüksək qiymətləndirib, Azərbaycanın dövlətçilik tarixində şəhidlərin
və qazilərin fədakarlığının əvəzsiz rolunu vurğulayıb.
Əməkdar hüquqşünas qeyd edib ki, VK bu həssas kateqoriyadan olan vətəndaşlara
pulsuz hüquqi yardımın göstərilməsi istiqamətində ardıcıl fəaliyyət göstərir, vəkillər
bu sahədə üzərlərinə düşən peşə və mənəvi məsuliyyəti böyük əzm və fədakarlıqla
yerinə yetirir.
Eyni zamanda Ağsaqqallar Şurasının rəhbəri uzunillik peşə fəaliyyəti
dövründə qazandığı zəngin təcrübədən bəhs edərək tövsiyələrini, habelə xatirələrini
bölüşüb.
Eyni zamanda Ağsaqqallar Şurasının rəhbəri uzunillik peşə fəaliyyəti
dövründə qazandığı zəngin təcrübəyə əsaslanaraq iştirakçılarla dəyərli fikir və
tövsiyələrini bölüşüb. O, həmçinin peşə yolunda qarşılaşdığı maraqlı hadisələrdən,
hüquqi təcrübəsində iz buraxan xatirələrdən danışıb.
Çıxışın sonunda İkram Kərimov qazilərə və əlilliyi olan şəxslərə möhkəm
can sağlığı, ruh yüksəkliyi və hər zaman hüquqi dəstəyə arxayın ola biləcəklərini
ifadə edib.
Daha sonra VK üzvləri - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun müdiri Rəna Məmmədova
və sözügedən büronun vəkili Əbil Həsənov tərəfindən Şağan Reabilitasiya
Pansionatında fərdi hüquqi qəbullar olub, müraciət edən şəxslərə sosial təminat
və digər hüquqi məsələlər üzrə ətraflı məsləhətlər verilib.
Vəkillər tərəfindən müraciət sahiblərinə hüquqlarının müdafiəsi yolları,
mövcud qanunvericiliyin tətbiqi və hüquqi prosedurlar izah edilib, zəruri
istiqamətlər üzrə yazılı tövsiyələr təqdim olunub.
Aksiya iştirakçıları göstərilən diqqət və pulsuz hüquqi yardıma görə Kollegiya ilə Şağan Reabilitasiya Pansionatının rəhbərliyinə təşəkkürlərini bildiriblər.