İyunun 21-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "İnzibati icraatda müddətlər" mövzusunda distant formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir
Əliyev iştirakçıları Kollegiyanın sədri Anar Bağırovun adından salamlayıb və təlim
mövzusunun aktuallığını, praktiki əhəmiyyətini qeyd edib.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü Vəfadar Piriyev
inzibati icraatda müddət anlayışı, məhkəməyə və tərəflərə aid olan müddətlər,
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində prosessual müddətlər,
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq maddələri,
o cümlədən prosessual müddətlərin bərpası və digər əlaqəli məsələlər barədə ətraflı
çıxış edib.
Təlimçi tərəfindən müvafiq sahədə geniş təhlillər aparılıb və sonda vəkillərin
mövzu üzrə çoxsaylı sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə 59 vəkil iştirak edib.