Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə "Əmlak üzərində mülkiyyət hüququ, daşınmaz əmlakın alqı-satqısı və icarəsi" mövzusunda təlim təşkil edilib

30 iyun 2025    159 share share

İyunun 28-də Vəkillər Kollegiyası Akademiyasının təşkilatçılığı ilə "Əmlak üzərində mülkiyyət hüququ, daşınmaz əmlakın alqı-satqısı və icarəsi" mövzusunda distant formada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığını qeyd edib.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, “Alfa” Vəkil Bürosunun müdiri, hüquq üzrə fəlsəfə doktoru Cavid Cəfərov əmlak üzərində mülkiyyət hüququ, mülkiyyət hüququnun rəsmiləşdirilməsi, daşınmaz əmlakın hüquqi tənzimlənməsi, o cümlədən sahə üzrə hüquqi baza və digər əlaqəli məsələlər barədə ətraflı çıxış edib.

Sonda vəkillərin müvafiq sahədə müxtəlif sualları cavablandırılıb.

Qeyd edək ki, təlimdə 56 vəkil iştirak edib.