Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

AZƏRBAYCAN VƏKİLLƏRİ BEYNƏLXALQ CİNAYƏT MƏHKƏMƏSİNİN FƏALİYYƏTİ İLƏ TANIŞ OLMUŞLAR

26 oktyabr 2018    1860 share share

Bu gün – oktyabrın 26-da Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən Gürcüstan Vəkillər Kollegiyası ilə birgə Gürcüstanın paytaxtı Tiflis şəhərində regionun 10 ölkələrindən olan hüquqşünasların iştirakı ilə beynəlxalq konfrans keçirilmişdir.

Birgünlük konfransda Gürcüstan, Azərbaycan, İran, Latviya, Türkiyə, Ukrayna, Litva, Belarus, Ermənistan və Moldovadan olan hüquqşünaslara Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyət istiqamətləri, iş mexanizmləri barədə məlumatlar verilmiş, mövzu üzrə təqdimatlar əsasında çıxışlar edilmişdir.

Tədbirdə Məhkəmənin sədr müavini hakim Robert Fremr, Gürcüstan Vəkillər Kollegiyasının sədri David Asatiani və tanınmış hüquqşünaslar iştirak etmişlər.

Tədbirə dəvət almış Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının üzvü Fərid Həsənov, vəkillər İsmayıl Kəngərli və Ruslan Vəliyev tərəfindən təmsil olunmuşlar.