Vəkilliyə qəbul olmaq istəyən şəxslərin nəzərinə!
Məlum olduğu kimi, “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə
bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral
2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Vəkillər
Kollegiyasına (VK) ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə,
VK-ya yeni üzvlərin qəbul edilməsi üçün şərait yaradılması tövsiyə olunub.
Sərəncamdan irəli gələn tədbirlərin davamı olaraq, Kollegiya ilə Dövlət
İmtahan Mərkəzi (DİM) arasında əldə olunan razılığa əsasən, 06.07.2025-ci il
tarixdə saat 10:00-da VK üzvlüyünə qəbulla bağlı növbəti ixtisas imtahanının
test mərhələsinin keçirilməsi nəzərdə tutulur.
Belə ki, DİM-in Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi 50 ünvanında
yerləşən inzibati binasında təşkil olunacaq imtahan kompüter vasitəsilə
elektronlaşdırılmış qaydada həyata keçiriləcək. Namizədlər buraxılış vərəqəsini
imtahandan 3 gün əvvəl dim.gov.az saytından əldə edə bilərlər.
Həmçinin namizədlərdən müəyyən olunan vaxtdan ən geci bir saat əvvəl
imtahanın keçiriləcəyi inzibati binaya şəxsiyyət vəsiqələri və buraxılış vərəqələri
ilə birlikdə yaxınlaşmaları xahiş olunur.
Bildirmək istərdik ki, buraxılış vərəqəsini çap etməyən şəxs test
imtahanında iştirak edə bilməyəcək.
Qeyd: Buraxılış vərəqəsini buradan da çap edə bilərsiz: https://exidmet.dim.gov.az/elimt/ImtBuraxilish/Login