"Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan
Respublikasının Milli Məclisi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası
arasında əməkdaşlıq çərçivəsində aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın
göstərilməsi istiqamətində Nərimanov rayon sakinləri ilə görüş keçirilib.
Görüşdə 20 saylı Nərimanov ikinci seçki dairəsinin millət vəkili Samir Vəliyev,
Milli Məclisin İnsan Hüquqları üzrə Qanunvericilik sektorunun müdiri Sarvan
Sadıqov, “Presedent” Vəkil Bürosunun vəkilləri və 25 sakin iştirak edib.
Yeni Azərbaycan Partiyasının (YAP) Nərimanov rayon təşkilatının inzibati
binasında keçirilən görüşdə hər bir sakinin hüquqi məsələlərə dair problemləri
fərdi qaydada dinlənilib və yerində yardım göstərilib.
Bundan başqa, Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasında deputat
Ağalar Vəliyevin təşəbbüsü və Vəkillər Kollegiyasının dəstəyi ilə aztəminatlı
şəxslərə pulsuz hüquqi yardım göstərilib. Xaçmaz şəhər Vəkil Bürosunun vəkillərinin
iştirak etdiyi aksiyada 41 vətəndaşa peşəkar vəkillər tərəfindən müxtəlif hüquq
sahələri üzrə məsləhətlər verilib, onların müraciətləri dinlənilib və aidiyyəti
üzrə yönləndirilib.
Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, torpaq
mübahisələri, əlilliyin təyin olunması, aliment tələbi və digər sosial məsələlərlə
bağlı olub.