Bugün Vəkillər Kollegiyası Rəyasət Heyətinin inzibati binasında Vəkillər Kollegiyası üzvlüyünə yeni qəbul olmuş vəkillərin iştirakı ilə “Avropa İnsan Hüquqları Konvensiyasına giriş” mövzusunda təlim keçirilmişdir.
İnteraktiv olaraq keçirilən təlimdə məruzəçi qismində Avropa insan hüquqları üzrə mütəxəssis Könül Qasımova çıxış etmişdir. Məruzəçinin “Avropa İnsan Hüquqları Konvensiyasına giriş”, “Avropa İnsan Hüquqları Məhkəməsinin səlahiyyətləri”, “Konvensiya üzrə təminat verilən hüquqların strukturu”, “Dövlətlərin Konvensiya üzrə öhdəlikləri” və s. mövzularda mühazirələri dinlənilmiş, Avropa İnsan Hüquqları Məhkəməsinin iclaslarından videoçarxlar nümayiş etdirilmiş, həmin mövzular ətrafında fikir mübadiləsi aparılmış, təlim iştirakçılarının sualları cavablandırılmışdır.
Gələcəkdə bu kimi silsilə tədbirlərin davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.