9 iyul 2025-ci il tarixində Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin Hüquqşünaslıq ixtisasının “İdman hüququ”, "Turizm hüququ" ixtisaslaşmalarının magistrantlarının dissertasiya işlərinin müdafiəsi keçirilib.
Müdafiə prosesi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri,
hüquq üzrə fəlsəfə doktoru (h.ü.f.d) Anar Bağırovun sədrliyi ilə baş tutub.
Hüquq elmi sahəsində tanınmış alimlərin iştirakı ilə keçirilən müdafiə
zamanı 5 magistrantın dissertasiya işləri müdafiəyə təqdim edilib. Dissertasiya
işlərinin müdafiəsi yüksək qiymətləndirilib və müdafiə mərhələsi müvəffəqiyyətlə
başa çatıb.
Qeyd edək ki, VK sədri, h.ü.f.d Anar Bağırov həm BDU, həm də Dövlət
Gömrük Komitəsinin Akademiyasının Hüquq fakültəsi üzrə Magistr Dissertasiya
Şuralarına rəhbərlik edir.
Onu da bildirək ki, Kollegiya ilə ölkənin hüquq fakültələri arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində ali təhsil müəssisələri ilə birgə elmi-praktik tədbirlər, seminarlar, təcrübə proqramları və digər birgə təşəbbüslər mütəmadi şəkildə həyata keçirilir. Bu çərçivədə tələbələrin Vəkil bürolarında istehsalat təcrübəsi keçməsinə də xüsusi önəm verilir.