Məlum
olduğu kimi, 30.03.2023-cü il tarixində Amerika Hüquq Məktəbi (SAL proqramı)
ilə Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) arasında anlaşma
memorandumu imzalanıb. Əldə olunmuş razılığa və müstəsna güzəştlərə uyğun
olaraq, qəbul zamanı ARVK üzvlərinə üstünlük verilir, habelə ARVK üzvləri SAL
proqramı təhsili üçün əlavə 10% endirim tətbiq edilir.
I
Mərhələ – SAL
̶ Oktyabr
2025 – May 2026
̶ 10
LL.M krediti
̶ Hibrid
rejim – 10 müxtəlif kurs, yalnız 10 həftəsonu ərzində, Amerika
professorları tərəfindən onlayn və Tbilisidə SAL mərkəzində yerində tədris
̶ TOEFL
və
ya IELTS tələb olunmur
SAL
ödəniş:
̶ SAL
proqramının təhsil haqqı: 6 850 dollar
̶ Ödəniş
üç mərhələdə edilə bilər
̶ Azərbaycan
Vəkillər Kollegiyasının üzvləri üçün 10% endirim
Son Tarixlər
-
Əsas müraciət tarixi: 15 Avqust 2025
-
Gecikmiş müraciət tarixi: 15 Sentyabr 2025
-
Qəbul məhduddur və birinci müraciət edən, birinci qəbul olunur
prinsipi ilə həyata keçirilir.
SAL Namizəd Uyğunluğu
-
Hüquq üzrə bakalavr dərəcəsi mütləqdir
-
Hüquq üzrə magistr və/və ya Ph.D. dərəcəsi əlavə üstünlükdür
-
Müxtəlif sahələrdə çalışan vəkillərə və hüquqşünaslara üstünlük
verilir.
-
Hüquq fakültəsinin yeni məzunları da
müraciət edə bilərlər
-
Bütün namizədlər üçün ingilis dili
biliyi ön şərtdir.
-
Müraciət
Qəbulu Prosesi
Zəhmət olmasa aşağıdakı sənədləri
elektron formada təqdim edin:
-
İngilis
dilində yenilənmiş CV
-
Hüquq
diplomunun (diplomlarının) surəti
-
Pasport
və ya şəxsiyyət vəsiqəsinin surəti
-
CV-də
tövsiyə verə biləcək şəxsin adı, soyadı, vəzifəsi, telefon nömrəsi və email
ünvanını qeyd edin
Sənədlər ingilis dilində təqdim
olunmalıdır. Əgər diplomunuz yalnız yerli dildədirsə (ingilis dili istisna
olmaqla), onun ingilis dilinə tərcüməsini əlavə edin (notarial təsdiq vacib
deyil).
Sənədlərinizi elektron
şəkildə göndərin:
admissions@salchicagokent.com və admission@chicagokentlaw.ge
Əlavə
olaraq, ARVK elektron poçt ünvanına (office@barassociation.az) məktub
ünvanlayaraq müraciət barədə məlumat verməyiniz xahiş olunur. ARVK müraciət
edənlər tərəfindən məktubu aldıqdan sonra rəsmi qaydada SAL proqramının
təsisçilərinə müvafiq məlumatı yönləndirəcək və müraciət edən vəkillər üçün
təhsil haqqına güzəştlər tətbiq olunacaq.
II
Mərhələ – Chicago, ABŞ
̶ SAL-dan
sonra üç il ərzində istənilən vaxt
̶ Fərqli
ixtisaslaşmalar üzrə 9 ayda LL.M dərəcəsi:
1.
Qlobal Biznes və Maliyyə Xidmətləri Hüququ
2.
Hüquqi İnnovasiya və Texnologiya
3.
Məhkəmə Müsabiqələri üzrə Hüquq
4.
Beynəlxalq Əqli Mülkiyyət Hüququ
LL.M Təhsil Haqqı – Chicago-Kent