İyulun 12-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "İnzibati prosesdə məhkəmə aidiyyətinin müəyyən edilməsi xüsusiyyətləri" mövzusunda distant formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir
Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığını qeyd edib.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri
doktoru Asif Qədirov inzibati prosesdə məhkəmə aidiyyətinin xüsusiyyətləri,
inzibati sahədə məhkəmə qərarları və yurisdiksiyası, inzibati işlərdə tərəflərin
hüquqi statusu, məhkəmə qərarlarının hüquqi qüvvəsi və digər əlaqəli məsələlər
barədə geniş çıxış edib.
Sonda təlimçi vəkillərin müvafiq sahədə müxtəlif suallarını
cavablandırıb.
Qeyd edək ki, təlimdə 62 vəkil iştirak edib.