"Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) arasında əməkdaşlıq çərçivəsində aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi istiqamətində Bakı şəhərində sakinlərlə görüş keçirilib.
Belə
ki, iyulun 16-da paytaxtın Yasamal rayonu, Heydər Əliyev Mərkəzində deputat
Ülvi Quliyevin təşəbbüsü və VK-nın dəstəyi ilə aztəminatlı şəxslərə pulsuz
hüquqi yardım göstərilib.
“Pro
Bono” Vəkil Bürosunun vəkillərinin iştirak etdiyi aksiyada 15-ə yaxın vətəndaşa
müxtəlif hüquq sahələri üzrə məsləhətlər verilib, onların müraciətləri dinlənilib
və aidiyyəti üzrə yönləndirilib.
Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət hüququ, torpaq mübahisələri, əlilliyin təyin olunması, aliment tələbi və digər sosial məsələlərlə bağlı olub.