Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə “Korporativ müştərilərə hüquqi yardımın göstərilməsində beynəlxalq təcrübə” mövzusunda təlim keçirilib

05 avqust 2025    293 share share

Avqustun 2-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Korporativ müştərilərə hüquqi yardımın göstərilməsində beynəlxalq təcrübə” mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.


Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli iştirakçıları salamlayıb və mövzunun praktiki yeniliyi ilə bağlı məqamlara toxunub. Qeyd olunub ki, təlim mövzusu korporativ hüququn beynəlxalq standartlara uyğun olaraq inkişafı və müasir biznes mühitindəki hüquqi ehtiyacların qarşılanması üçün xüsusi əhəmiyyət kəsb edir.


Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, Mərkəzi Avropa Universitetinin "Biznes hüququ" ixtisaslaşması üzrə magistrı Bəhruz Orucov korporativ müştərilərə hüquqi yardımın göstərilməsinin mərhələləri, korporativ müştəri hüquqları, dünya üzrə hüquqi normativlər və digər əlaqəli məsələlər barədə ətraflı çıxış edib.


Təlim interaktiv formada davam edib və müxtəlif praktiki məsələlər birgə müzakirə edilib.


Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 29 üzvü iştirak edib.