Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə “Qətimkan tədbirlərinin tətbiq edilməsinin əsasları” mövzusunda təlim təşkil olunub

18 avqust 2025    160 share share

Avqustun 16-da Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Qətimkan tədbirlərinin tətbiq edilməsinin əsasları” mövzusunda distant formada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun praktiki əhəmiyyəti ilə bağlı xüsusi məqamları qeyd edib.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun müdiri, Bakı Dövlət Universiteti Hüquq fakültəsinin müəllimi Anar Qasımlı qətimkan tədbirlərinin hüquqi əsasları, qətimkan tədbirlərinin növləri və xüsusiyyətləri, məhkəmə nəzarəti, qətimkan tədbirlərinin tətbiqi zamanı hüquqi mübahisələr, o cümlədən mövzu üzrə yerli və beynəlxalq təcrübə barədə geniş çıxış edib.

Təlim interaktiv formada davam edib və sonda vəkillərin müvafiq sahədə müxtəlif sualları cavablandırılıb.

Qeyd edək ki, təlimdə 122 vəkil iştirak edib.