Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının növbəti test mərhələsində iştirak etmək üçün elektron sənəd qəbulu 1 sentyabr 2025-ci il tarixindən başlayıb.
Namizədlərin nəzərinə çatdırılır ki, növbəti test mərhələsində iştirak
üçün bütün müraciətlər yalnız elektron formada qəbul olunur.
Qaydalara əsasən, elektron müraciət etmək istəyən namizədlər VK-nın rəsmi
internet səhifəsindəki “Vəkilliyə qəbul” bölməsinə
(https://barassociation.az/candidate-login) daxil olaraq açılan pəncərədən
“Namizəd qeydiyyatı”na keçid etməlidirlər.
VK ilə Dövlət İmtahan Mərkəzi arasında əldə edilmiş razılığa əsasən, test
imtahanının dəqiq tarixi və digər ətraflı məlumatlar yaxın günlərdə əlavə
olaraq açıqlanacaq.
Həmçinin namizədlər onlayn qaydada hazırlanan videotəlimatla tanış olaraq
müraciət və qeydiyyat prosesini rahatlıqla həyata keçirə bilərlər.