Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə "Əlavə dəyər vergisi, onun hesablanması və ödənilməsi qaydası" mövzusunda təlim keçirilib

01 sentyabr 2025    173 share share

Avqustun 30-da Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "Əlavə dəyər vergisi (ƏDV), onun hesablanması və ödənilməsi qaydası" mövzusunda əyani qaydada interaktiv təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və mövzunun aktuallığı ilə bağlı məqamlara toxunub. Qeyd olunub ki, ƏDV yalnız bir vergi növü deyil, həm də iqtisadi və hüquqi baxımdan əhəmiyyətli bir mexanizmdir. Onun düzgün tətbiqi hüquqi cəhətdən vergidən yayınmanın qarşısının alınması, iqtisadiyyatda şəffaflığın və ədalətin təmin edilməsi baxımından müstəsna rola malikdir.

Həmçinin “Azərbaycan vəkili” elmi-praktik hüquq jurnalı iştirakçılara təqdim olunub, jurnalın elmi əhəmiyyəti onların diqqətinə çatdırılıb.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü Vahid Hacı-zadə ƏDV-nin tətbiqi, hesablanma metodları, idxal və ixrac əməliyyatlarında ƏDV, vergi öhdəlikləri, o cümlədən ƏDV-nin tətbiqi zamanı yaranan çətinliklər, vergi auditi və digər mühüm məsələləri ətraflı izah edib.

Təlim interaktiv formada davam edib və sonda vəkillərin müvafiq sahədə çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 33 üzvü iştirak edib.