Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sədri hüquq üzrə fəlsəfə doktoru Anar Bağırovun İstanbul Universiteti Hüquq fakültəsi tərəfindən nəşr olunan “İstanbul Hukuk Mecmuası” elmi jurnalının 2025, №2 sayının, 83-cü cildində “Adli yardım hakkı ile bilgi edinme hakkı arasındaki etkileşim: Hukuk teknolojisinin sağladığı fırsatlar” (“İnteraction between the rights to legal aid and the right to information: Opportunites presented by legal technology”) (https://iupress.istanbul.edu.tr/tr/journal/mecmua/article/adli-yardim-hakki-ile-bilgi-edinme-hakki-arasindaki-etkilesim-hukuk-teknolojisinin-sagladigi-firsatlar) adlı məqaləsi dərc olunub.
Məqalədə (məqalənin PDF formatında tam mətni: https://cdn.istanbul.edu.tr/file/JTA6CLJ8T5/ECFC6F9C4B8948AC8CC6966523BF97C6) hüquqi yardım və informasiya əldə etmək hüquqlarının qarşılıqlı təsirinin təhlili
əsasında insan hüquqlarının səmərəli müdafiəsinə yönəlmiş institusional
yanaşmalar irəli sürülür. Bu yanaşmalar, xüsusən hüquqi yardımın
effektivliyinin artırılması və informasiya əldə etmək hüququnun tam təmin
olunması ilə bağlı əsas məsələləri vurğulayır.
Qeyd olunur ki, hüquqi yardım və informasiya əldə etmək hüquqları
arasında mövcud olan əlaqə, insan hüquqlarının müdafiəsi üçün mühüm rol oynayır
və bu hüquqların təmin olunması mexanizmlərinin təkmilləşdirilməsi hər bir
hüquqi sistemin inkişafı üçün vacibdir.
Xatırladaq ki, “İstanbul Hukuk Mecmuası” həm nəzəri, həm də praktiki
hüquqi problemlərin elmi baxımdan təhlilini özündə birləşdirir. Jurnalda tədqiqat
məqalələri ilə yanaşı, qanunvericiliyə dair təhlillər, məhkəmə qərarlarının
hüquqi analizi və digər aktual məsələlər dərc olunur. Jurnal Clarivate
Analytics (Web of Science- https://mjl.clarivate.com/search-results) bazasına
daxildir.