2025-ci il sentyabr 2-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov VK Aparatında ilk dəfə təcrübə keçmiş ADA Universitetinin Hüquq fakültəsinin IV kurs tələbələri ilə görüşüb.
Kollegiyanın inzibati binasında təşkil olunan görüşdə VK sədri Anar
Bağırov tələbələri salamlayaraq onların hüquq sahəsində bilik və bacarıqlarının
artırılması baxımından bu təcrübənin əhəmiyyətini qeyd edib.
VK-nın gənclərə daim dəstək göstərdiyini söyləyən sədr tələbələrin peşə fəaliyyətinə
erkən cəlb olunmalarının onların gələcək karyerası üçün mühüm təcrübə
qazandırdığını və hüquq sahəsində peşəkar inkişafına təkan verdiyini bildirib.
Diqqətə çatdırılıb ki, Kollegiya ilə ölkənin bütün Hüquq fakültələri
arasında imzalanmış əməkdaşlıq memorandumları çərçivəsində tələbələrin vəkil
qurumlarında təcrübə keçmələri üçün geniş imkanlar yaradılıb. Bu il 65 nəfər Femida
könüllüsü, 163 tələbə istehsalat təcrübəsində və 18 nəfər isə könüllü əsaslarla
təcrübədə iştirak edib.
Görüş zamanı təcrübə keçən tələbələrin təəssüratları dinlənilib, onların gələcək fəaliyyətinə dair tövsiyələr verilib.