2025-ci il sentyabrın 5-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərliyi ilə növbəti vətəndaş qəbulu keçirilib.
VK-nın inzibati binasında təşkil olunan qəbulda Bakı şəhəri və respublikanın
bölgələrindən müraciət edən vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı məsələləri
dinlənilib, bütün müraciətlər qeydə alınıb.
Qəbul zamanı qaldırılan hüquqi problemlərin həlli yolları müzakirə
olunub, vətəndaşlara müvafiq məsləhət və tövsiyələr verilib. Həmçinin bir sıra
məsələlərin operativ həlli üçün tapşırıqlar verilib, araşdırma tələb edən
müraciətlər isə nəzarətə götürülüb və aidiyyəti üzrə tədbirlərin görüləcəyi
bildirilib.
Qeyd edək ki, VK-da vətəndaşların hüquqlarının müdafiəsi istiqamətində effektiv tədbirlərin görülməsi davam etdirilir. Kollegiya sədri Anar Bağırovun qəbulunda iştirak etmək istəyən vətəndaşlar VK Aparatına müraciət edə bilərlər.