Sentyabrın 6-da Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Müflisləşmə və iflasın hüquqi əsasları, təcrübə və tətbiq qaydaları” mövzusunda distant formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir
Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı, hüquqi əhəmiyyəti
ilə bağlı məqamları qeyd edib.
Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 24
saylı Vəkil Bürosunun vəkili, Ləğvetmə Agentliyinin direktoru Vüsal Kazımzadə
müflisləşmə hallarının hüquqi qiymətləndirilməsi, iflas zamanı müştəri - borclu
münasibətləri, məhkəmələrdə müflisləşmə və iflas məsələlərinin həlli, o cümlədən
mövzu üzrə yerli və beynəlxalq təcrübə barədə ətraflı çıxış edib.
Təlimçi tərəfindən müvafiq sahədə geniş təhlillər aparılıb, praktikada
olan müxtəlif məsələlər müzakirə olunub.
Sonda vəkilləri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Qeyd edək ki, təlimdə 91 vəkil iştirak edib.