Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə “Cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrası xüsusiyyətləri. Ədliyyə Nazirliyi Probasiya xidmətinin bu sahədə fəaliyyət istiqamətləri” mövzusunda təlim təşkil olunub

15 sentyabr 2025    111 share share

Sentyabrın 13-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrası xüsusiyyətləri. Ədliyyə Nazirliyi Probasiya xidmətinin bu sahədə fəaliyyət istiqamətləri” mövzusunda distant formada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun hüquqi əhəmiyyəti ilə bağlı məqamları qeyd edib.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü Natiq Əliyev məhkəmə qərarlarının icrasında probasiya orqanlarının rolu, cəzadan yayınmanın qarşısının alınmasında probasiya nəzarətinin effektivliyi, o cümlədən alternativ cəzaların icrasında rəqəmsal nəzarət alətləri, azadlıqdan məhrum olunmayan şəxslərin islahı üzrə işlər, alternativ cəzaların icrasında dövlət nəzarəti mexanizmləri və digər məsələlər barədə ətraflı çıxış edib.

Təlimçi tərəfindən praktikada olan müxtəlif məsələlər müzakirə olunub, vəkilləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, təlimdə 54 vəkil iştirak edib.