Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə “Məhkəmə mübahisələrində dövlət rüsumu məsələləri” mövzusunda təlim keçirilib

22 sentyabr 2025    359 share share

Sentyabrın 20-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə “Məhkəmə mübahisələrində dövlət rüsumu məsələləri” mövzusunda distant formada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən Vəkillər Kollegiyası Tədris Mərkəzinin elmi katibi Sona Xəlilli iştirakçıları salamlayıb və təlim mövzusunun praktiki əhəmiyyəti barədə bəzi məqamları qeyd edib.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü, "Güvən" Vəkil Bürosunun vəkili Könül Əliyeva iddia qiymətindən asılı olaraq rüsumun müəyyənləşdirilməsi, rüsum dərəcələri, rüsumun ödənilməməsinin hüquqi nəticələri, qərarın yerinə yetirilməsinə dair əlavə rüsum məsələləri və digər əlaqəli məsələlər barədə ətraflı çıxış edib.

Təlimçi tərəfindən müvafiq sahədə geniş təhlillər aparılıb, vəkilləri maraqlandıran bir çox suallar cavablandırılıb.

Qeyd edək ki, təlimdə 56 vəkil iştirak edib.