2025-ci il sentyabrın 25-də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) Qadın Vəkillər Alyansının üzvləri “Azərbaycan Uşaqları” İctimai Birliyinin uşaq sığınacağında uşaqlarla tədbir keçiriblər.
Mərasim çərçivəsində vəkillər
uşaqlara diqqət və qayğı göstərib, onların gündəlik həyatı, təhsili və gələcək
arzuları ilə maraqlanıblar.
Kollegiyanın Rəyasət Heyətinin
üzvü, Qadın Vəkillər Alyansının sədri Dilarə Əfrasiyabova çıxışında vurğulayıb ki,
bu cür təşəbbüslər uşaqlar üçün yalnız sosial dəstək deyil, həm də onların gələcəkdə
cəmiyyətin tamhüquqlu üzvləri olacaqlarına inamın gücləndirilməsinə xidmət
edir. O, əlavə edib ki, Alyansın məqsədi sığınacaqda yaşayan uşaqlara hüquqi
biliklərlə yanaşı, sevgi və inam aşılamaqdır.
İctimai Birliyin rəhbəri Kəmalə
Ağazadə VK rəhbərliyinə və qonaqlara təşəkkürünü bildirərək qeyd edib ki, belə
görüşlər uşaqlar üçün mühüm motivasiya və mənəvi dəstək mənbəyidir.
Sonda uşaqlara kiçik hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.



