Sentyabrın 28-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "İnzibati qanunvericilikdə mövcud dəyişikliklər" mövzusunda distant qaydada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları
salamlayıb və mövzunun praktiki əhəmiyyətindən danışıb.
Təlimin əsas hissəsində Vəkillər
Kollegiyasının üzvü Vəfadar Piriyev yerli qanunvericilikdəki dəyişikliklər,
xüsusilə məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl
olunmasını təmin etmək və qanunun aliliyinə nail olmaqdan ibarət “İnzibati
icraat haqqında” mövcud əlavə və dəyişikliklər, müvafiq sahədə islahatlar,
hüquqi tənzimləmələr sistemində mühüm yeniliklər barədə ətraflı məlumat verib.
Təlimçi tərəfindən müvafiq
sahədə geniş təhlillər aparılıb və mövzu üzrə müxtəlif kazuslar müzakirə
edilib.
Sonda vəkillərin çoxsaylı
sualları cavablandırılıb.
Qeyd edək ki, təlimdə Vəkillər Kollegiyasının 94 üzvü iştirak edib.


