Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə Vəkillər Kollegiyasının Deontologiya Komitəsi ilə Mərkəz arasında birgə əməkdaşlıq çərçivəsində “Deontologiya ayı” təlimlərinə start verilib.
Oktyabrın 1-də “İfadə
azadlığı və vəkilin etik davranış qaydaları arasında sərhədlərin müəyyən edilməsi”
mövzusunda distant formada keçirilmiş təlimdə Vəkillər Kollegiyası Deontologiya
Komitəsinin sədri, İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil
Bürosunun müdiri Paşa Səfərov təlimçi qismində çıxış edib.
Təlimçi tərəfindən vəkilin
etik davranış qaydaları, etik pozuntuların yaratdığı nəticələr, vəkil-məhkəmə
münasibətləri, sərbəst ifadə və peşə borcu arasında balans və digər əlaqəli məsələlər
təhlil olunub.
Oktyabrın 3-də keçirilmiş
digər distant formalı təlimdə isə “Vəkilin sosial şəbəkə hesabında öz peşəsinin
nüfuzunu qoruması” mövzusunda Vəkillər Kollegiyası Deontologiya Komitəsinin və
İntizam Komissiyasının üzvü Elvin Əliyev vəkilin sosial şəbəkələrdə peşə
davranışı, rəqəmsal etik normalar, məxfi məlumatların paylaşılması riski barədə
ətraflı çıxış edib.
Qeyd edək ki, təlimlərdə Vəkillər Kollegiyasının 85 üzvü iştirak edib.



