Oktyabrın 4-də Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "Kassasiya şikayətlərinin elektron qaydada tərtib edilməsi zamanı vəkillər tərəfindən yol verilən prosessual pozuntuların aradan qaldırılması məqsədilə prosessual qanunvericilikdə nəzərdə tutulmuş tələblərin izahı" mövzusunda distant formada təlim keçirilib.
Təlimdə açılış nitqi ilə
çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları
salamlayıb və təlim mövzusunun praktiki əhəmiyyəti ilə bağlı məqamları qeyd
edib.
Təlimin əsas hissəsində Vəkillər
Kollegiyasının üzvü, Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Kamilə
Quliyeva kassasiya mərhələsində yol verilən səhvlər, elektron sənədlərin tələblərə
uyğunluğu, kassasiya instansiyası qaydaları, məhkəmə təcrübəsində tətbiq olunan
normativ sənədlər və digər aktual məsələlər barədə ətraflı çıxış edib.
Sonda təlimçi tərəfindən vəkilləri
maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, təlimdə 76 vəkil iştirak edib.


