Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə Vəkillər Kollegiyasının Deontologiya Komitəsi ilə Mərkəz arasında əməkdaşlıq çərçivəsində növbəti təlimlər keçirilib.
Oktyabrın 6-da “Vəkillər arasında etimada və əməkdaşlığa əsaslanan
münasibətlər” mövzusunda distant formada keçirilmiş təlimdə Vəkillər
Kollegiyası Deontologiya Komitəsinin üzvü Araz Nurməmmədov təlimçi qismində
çıxış edib.
Təlimdə vəkillərarası əməkdaşlıq,
vəkillər arasında münasibətlər, etimada əsaslanan tərəfdaşlıq kimi müxtəlif məsələlər
geniş təhlil olunub.
Oktyabrın 8-də keçirilmiş
digər distant formalı təlimdə isə “Vəkilin peşə fəaliyyətindən kənar davranışı
zamanı nəzərə alınmalı hallar” mövzusunda Vəkillər Kollegiyası Deontologiya
Komitəsinin sədri, İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil
Bürosunun müdiri Paşa Səfərov və Vəkillər Kollegiyası Deontologiya Komitəsinin
üzvü Vüsal Cəfərov vəkilin peşədənkənar davranışı, peşə etikasına uyğunluq, vəkil
davranış kodeksi və digər əlaqəli məsələlər barədə çıxış ediblər.
Qeyd edək ki, təlimlərdə ümumilikdə Vəkillər Kollegiyasının 78 üzvü iştirak edib.