Azərbaycan Respublikasının
Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi (DİM) arasında əldə olunan
razılığa əsasən, 28.11.2025-ci il tarixdə saat
10:00-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Naxçıvan
Muxtar Respublikasının Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı növbəti
ixtisas imtahanının test mərhələsinin keçirilməsi nəzərdə tutulub.
İmtahanda iştirak etmək
niyyətində olan namizədlər tərəfindən sənəd qəbulunun 19.11.2025-cü il tarixədək
davam edəcəyi nəzərə alınmalıdır. Həmçinin elektron qaydada müraciəti
təsdiq edilən, ancaq imtahanda iştirak üçün nəzərdə tutulan ödənişi etməyən şəxslər
19.11.2025-ci il tarixədək “Şəxsi kabinet” vasitəsilə ödənişi
həyata keçirməlidirlər. Əks təqdirdə, test imtahanında iştirak üçün buraxılış
vərəqəsini əldə edə bilməyəcəklər.
Qeyd olunmalıdır ki,
keçirilməsi nəzərdə tutulan test imtahanına namizədlər buraxılış vərəqəsi ilə
buraxılacaqlar. Bu səbəbdən namizədlərdən imtahanda iştirak üçün buraxılış vərəqəsini
imtahandan 3 gün əvvəl namizədin elektron şəxsi kabinetinə və
ya dim.gov.az saytına daxil olaraq çap etmələri xahiş olunur.
Eyni zamanda namizədlərdən
müəyyən olunan vaxtdan ən geci 1 saat əvvəl imtahanın keçiriləcəyi
DİM-in Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi 50 ünvanında yerləşən elektron
imtahanlar korpusuna şəxsiyyət vəsiqələri və buraxılış vərəqələri ilə
birlikdə yaxınlaşmaları xahiş olunur.
Əlavə olaraq bildirilir
ki, hazırda sənəd qəbulu elektron
(https://barassociation.az/candidate-login) qaydada davam edir. Vəkilliyə qəbulla
bağlı elektron qeydiyyatdan keçmiş şəxslər 19.11.2025-ci il tarixədək
ödəniş edə və ya elektron müraciətlərini təxirə sala bilərlər.