Vəkillər Kollegiyası və Ədliyyə Nazirliyinin Probasiya xidmətinin birgə təşkilatçılığı ilə probasiya qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin olunması ilə bağlı mütəmadi olaraq ödənişsiz hüquqi yardımların göstərilməsi davam etdirilir.
Oktyabrın 17-də Vəkillər
Kollegiyasının Hüquqi Yardım Mərkəzi tərəfindən Probasiya xidmətində növbəti
belə hüquqi yardım aksiyası təşkil edilib.
Belə ki, Gəncə Regional Vəkil
Bürosunun vəkilləri tərəfindən Ədliyyə Nazirliyinin Gəncə Şəhər Probasiya Şöbəsində
qeydiyyatında olan 10-dan şəxs çox qəbul edilib, onların qarşılaşdığı hüquqi
problemlərin həlli ilə bağlı müvafiq tədbirlər görülüb. Həmin şəxslərə müxtəlif
növ hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar verilərək,
ödənişsiz hüquqi yardım göstərilib.
Qeyd edək ki, Probasiya xidməti və Hüquqi Yardım Mərkəzi tərəfindən xidmətin yerli qurumlarının qeydiyyatında olan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində hüquqi yardımın və maarifləndirmə işinin təşkili üzrə bu yaxınlarda imzalanmış Tədbirlər Planına əsasən bu cür aksiyalar mütəmadi olaraq davam etdiriləcək.

