Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə Vəkillər Kollegiyasının Deontologiya Komitəsi ilə Mərkəz arasında əməkdaşlıq çərçivəsində növbəti təlimlər keçirilib.
Oktyabrın 13-də “Vəkillik
peşəsinə inamı sarsıdacaq hərəkət və davranışlar” mövzusunda distant formada keçirilən
təlimdə Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, Bakı şəhəri 4 saylı Vəkil
Bürosunun müdiri Ramiz İbrahimov təlimçi qismində çıxış edib.
Təlimdə vəkillik peşə
etikasının pozulması, peşəyə etimad, etik prinsiplər, peşəkar etika və vəkillik
kodeksi kimi müxtəlif məsələlər geniş təhlil olunub.
Oktyabrın 15-də təşkil
olunan digər distant formalı təlimdə isə “Vəkilin göstərdiyi hüquqi yardımla
bağlı ictimaiyyəti məlumatlandırmaq öhdəliyi” mövzusunda Vəkillər Kollegiyası
İntizam Komissiyasının üzvü, "Mərkəz" Vəkil Bürosunun müdiri Gülşən
Salmanova vəkilin məlumatlandırma öhdəliyi, məlumatların açıqlanması prinsipi,
ictimai maraqlar, sosial şəbəkələrdə hüquqi məlumat və digər əlaqəli məsələlər
barədə ətraflı çıxış edib.
Həmçinin oktyabrın 17-də
aylıq çərçivəsində keçirilən digər distant formalı təlimdə isə Vəkillər
Kollegiyası İntizam Komissiyasının üzvü, "Kredo" Vəkil Bürosunun
müdiri Elvin Səlimov tərəfindən “Müştəri maraqları ilə peşə nüfuzunu qorumaq
öhdəliyi arasında balansın qorunması” mövzusunda vəkil-müştəri münasibətləri,
hüquqi maraqların balanslaşdırılması, etik prinsiplərin qorunması məsələləri
müzakirə olunub.
Eyni zamanda təlimlərdə
iştirak edən Vəkillər Kollegiyası Deontologiya Komitəsinin sədri, İntizam
Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov təlim
mövzularına dair təcrübəsini vəkillərlə paylaşıb.
Qeyd edək ki, təlimlərdə ümumilikdə Vəkillər Kollegiyasının 132 üzvü iştirak edib.





