Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə “Deontologiya ayı” çərçivəsində növbəti təlimlər təşkil olunub

27 oktyabr 2025    1198 share share

Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə Vəkillər Kollegiyasının Deontologiya Komitəsi ilə Mərkəz arasında əməkdaşlıq, habelə "Uşaq Hüquqları Aylığı" çərçivəsində növbəti təlimlər keçirilib.

Oktyabrın 21-də “Etik davranış qaydalarının pozulması ilə bağlı intizam icraatının xüsusiyyətləri” mövzusunda distant formada keçirilmiş təlimdə Vəkillər Kollegiyası İntizam Komissiyasının üzvü, “Kəngərli və Partnyorları” Vəkil Bürosunun müdiri İsmayıl Kəngərli tərəfindən vəkillərin peşə davranış kodeksi, müstəqillik və obyektivlik prinsipi, etik məsuliyyətin hüquqi əsasları kimi müxtəlif məsələlər geniş təhlil olunub.

Oktyabrın 23-də keçirilən digər distant formalı təlimdə isə “Vəkilin vəkilliyin və ədalət mühakiməsinin inkişafında rolu” mövzusunda Vəkillər Kollegiyası Deontologiya Komitəsinin sədri, İntizam Komissiyasının üzvü, Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri Paşa Səfərov və Vəkillər Kollegiyasının üzvü Esmira Tağıyeva hüquqi yardımın təmin edilməsi, hüquqi maarifləndirmə fəaliyyəti, müştəri maraqlarının müdafiəsi və digər əlaqəli məsələlər barədə ətraflı çıxış ediblər.

Oktyabrın 25-də aylıq çərçivəsində keçirilmiş digər distant formalı təlimdə Vəkillər Kollegiyası Deontologiya Komitəsinin üzvü Araz Nurməmmədov və Vəkillər Kollegiyasının üzvü Zinyət Ağamalıyeva tərəfindən “Vəkillər arasında haqsız rəqabət və etik tərəflər”  mövzusunda vəkillər üçün əsas etik standartlar, maraqların toqquşması, haqsız rəqabətin vəkillərə təsiri, vəkillərin üzləşdiyi etik dilemmalar müzakirə olunub.

Qeyd edək ki, təlimlərdə ümumilikdə Vəkillər Kollegiyasının 129 üzvü iştirak edib.