"Konstitusiya və Suverenlik İli" çərçivəsində Azərbaycan Respublikasının Milli Məclisi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) əməkdaşlığı ilə aztəminatlı şəxslərə pulsuz hüquqi yardımın göstərilməsi istiqamətində Bakı şəhərində sakinlərlə görüş keçirilib.
Belə ki, oktyabrın 25-də paytaxtın
Xətai rayonu, Humanitar fənlər təmayüllü məktəb-liseydə deputat Zahid Orucun təşəbbüsü
və VK-nın dəstəyi ilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib.
Bakı şəhəri 13 saylı Vəkil
Bürosunun vəkillərinin iştirak etdiyi aksiyada 20-dən çox vətəndaşa müxtəlif
hüquq sahələri üzrə məsləhətlər verilib, onların müraciətləri dinlənilib və
aidiyyəti üzrə yönləndirilib. Müraciətlərin əksəriyyəti inzibati işlər, mülkiyyət
hüququ, torpaq mübahisələri və digər sosial məsələlərlə bağlı olub.
Qeyd edək ki, deputatların təşəbbüsü və VK-nın dəstəyi ilə respublika üzrə vətəndaşlara pulsuz hüquqi yardım aksiyası bu həftə də keçiriləcək.



