Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillərə "Vəkillik bacarıqları" mövzusunda təlim təşkil olunub

27 oktyabr 2025    1021 share share

Oktyabrın 26-da Vəkillər Kollegiyası Tədris Mərkəzinin təşkilatçılığı ilə "Uşaq Hüquqları Aylığı" çərçivəsində "Vəkillik bacarıqları" mövzusunda distant formada təlim keçirilib.

Təlimdə açılış nitqi ilə çıxış edən hüquq elmləri doktoru, professor Əmir Əliyev iştirakçıları salamlayıb və təlim mövzusunun aktuallığı ilə bağlı məqamları qeyd edib.

Təlimin əsas hissəsində Vəkillər Kollegiyasının üzvü Vamiq Şükürov prosessual hüquq bilikləri, sübutların toplanması və təqdimatı, məhkəmə nitqi bacarığı, məhkəmə təcrübəsi və digər təcrübi məsələlər barədə çıxış edib.

Sonda vəkilləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.

Qeyd edək ki, təlimdə 51 vəkil iştirak edib.