Ceyhun Hacıbəyli küçəsi 100, AZ1007

Vəkillər Kollegiyasının üzvləri məhkumlara pulsuz hüquqi yardım göstəriblər

28 oktyabr 2025    1124 share share

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, "Konstitusiya və Suverenlik İli", habelə "Uşaq Hüquqları Aylığı" çərçivəsində pulsuz hüquqi yardım və maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslərin qəbulu davam edir.

Belə ki, oktyabrın 24-də “Alibi” Vəkil Bürosunun vəkilləri 10 saylı cəzaçəkmə müəssisəsində və Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkilləri isə 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumlara pulsuz hüquqi yardım göstəriblər.

Ümumilikdə 40-a yaxın məhkumun müraciəti vəkillər tərəfindən dinlənilib, onlara müxtəlif hüquqi məsələlər ətrafında geniş izahat verilib, sualları cavablandırılıb.